Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada ər keçmiş arvadına qızdırılmış maşayla işgəncə verdikdən sonra zorlayıb.İlhami K. adlı ər hadisədən sonra həbs olunub. O, ilkin ifadəsində keçmiş arvadının onu aldatdığını və bu səbəbdən bu hərəkəti etdiyini deyib.Məhkəmə araşdırmasından sonra cinayəti törədən şəxs bir neçə maddəyə əsasən 30 il,6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayətin təfərrüatı...Keçmiş arvadının başqa kişi ilə münasibətinin olduğundan şübhələnən İlhami K onun evinə gələrək barışıq təklif edib. Saxta barışıq təklif etməkdə isə ərin məqsədi keçmiş arvadından qisas almaq niyyəti olub. Keçmiş arvadını yatağa bağlayan İlhami dəmir maşanı isti sobada qızdırdıqdan sonra onun bədəninin müxtəlif hissələrinə dağ vurub. Qadının səsinin çıxmaması üçün ağzına corab salaraq "skoçla" bağlayan keçmiş ər bir həftə ərzində bunu davam etdirib. Bütün bu dəhşətli işgəncələr qadının 3 azyaşlı uşaqlarının gözü qarşısında baş verib.Daha sonra qadına işgəncələr verən keçmiş ər ona cinsi təcavüz edib. Bunu görən 15 yaşlı oğlu qapını açaraq anasının evdən qaçmasına şərait yaradıb. Hadisədən xəbər tutan polis əməkdaşları evə gəlib və şəxsi saxlayıblar.
Qeyd olunan məhkəmə prosesi Türkiyədə böyük səs-küyə səbəb olub. Qadınların Hüquqlarını müdafiə edən təşkilatlar cinayəti törədən şəxsin cəzasının ağırlaşdırılmasını tələb ediblər.
Oxu24.com
ŞƏRHLƏR