Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90760
az

Berluskoninin dəfn mərasimi iyunun 14-də Milanda keçiriləcək

18:0012 İyun, 2023
149
DÜNYA
  • A

OXU24.COM Sky TG24-ə istinadən xəbər verir ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəfn mərasimi iyunun 14-də Milan Katedralində keçiriləcək.

"Silvio Berluskoninin dəfn mərasimi çərşənbə günü Milan Katedralində keçiriləcək. Bunu Milan Yeparxiyası da təsdiqləyib", - telekanal xəbər verir.

Siyasətçi ilə vida mərasimi iyunun 12-də Arkord şəhərindəki villasında başlayacaq və iyunun 13-də Mediaset şirkətinin studiyalarında davam edəcək.

Xatırladaq ki, Silvio Berluskoni iyunun 12-də 87 yaşında vəfat edib.


Berluskoni 29 sentyabr 1936-cı ildə Milanda anadan olub. 20 ildən çox bizneslə məşğul olduqdan sonra, artıq milyonçu olan Berluskoni siyasi karyerasına 57 yaşında başlayıb. 1994-cü ilin yanvarında Berluskoni "İrəli İtaliya" partiyasını qurdu və həyatının son gününə qədər partiyanın rəhbəri olaraq qaldı. Forza Italia partiyasının yaradılmasından cəmi iki ay sonra seçkilərdə qalib gəldi.

Berluskoni ilk dəfə 1994-cü ildə İtaliya hökumətinə rəhbərlik edib. O, ardıcıl dörd dəfə bu vəzifəni tutub və Avropa dövlətinin hökumətinə başçılıq edən ilk multimilyarder olub.

 

Tərcümə: Aynurə Məcidova

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur -VİDEO
Türkiyəli məşhur yazıçı vəfat etdi
5 milyon dollarlıq ev yanıb kül oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu