Avropa Birliyi Ukraynada müharibənin bir neçə il uzanacağına hazırlaşır.
Oxu24.com xəbər verir ki,bunu daxili bazar üzrə Avropa komissarı Tyerri Breton deyib.
“Biz bu müharibənin uzun müddət davam edəcəyinə hazırlaşırıq. Təəssüf ki, Avropada hərbi əməliyyatların yüksək intensivliyi olan müharibələr əvvəllər bir neçə il davam edirdi. Buna görə də biz buna hazırlaşırıq”, deyə Breton RMC radiosunda deyib.
Bretonun qeyd etdiyi kimi, Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanları hələ tükənməyib.
Onun sözlərinə görə, “heç kim Ukraynanın məhdudlaşdırıcı tədbirlər sayəsində qalib gələcəyini deməyib”.
Thierry Breton əmindir ki, Ukrayna nə vaxtsa qalib gəlsə, bu, hərbi yolla olacaq, əsassız olaraq işğal edilmiş əraziləri geri qaytaracaq.
Ona görə də Aİ və Ukraynanın müttəfiqləri ona qalib gəlmək üçün lazım olan hər şeyi verirlər.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR