Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90739
az

Rusiyada Amerikalı musiqiçi tutuldu

13:1612 İyun, 2023
193
  • A

Moskva məhkəməsi 51 yaşlı ABŞ vətəndaşı, musiqiçi və prodüser Maykl Trevis Liki həbsxanaya göndərib.

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  “Azadlıq” radiosu  məlumat yayıb.

 Məlumata görə o, külli miqdarda narkotik satmaqda ittiham olunur.

Dövlət Departamenti “ABŞ vətəndaşının Moskvada saxlanmasından xəbərdar olduğunu” bildirib.

Dövlət Departamentinin sözçüsü onu da qeyd edib ki, ABŞ Amerika vətəndaşı ilə konsulluğa müraciət edəcək.

ABŞ rəsmilərindən hələlik başqa şərh yoxdur.


Leek keçmiş amerikalı paraşütçüdür. O, on ilə yaxındır ki, Moskvada yaşayır, Seize the Night qrupunun musiqiçisi, həmçinin Louna və Slot qruplarının prodüseridir.

Lik barəsində külli miqdarda narkotik vasitələrin qanunsuz istehsalı və ya satışı maddəsi ilə cinayət işi başlanıb - onu 20 ilədək həbs cəzası gözləyə bilər.

 

Rusiyada daha iki amerikalı həbsdədir. Bu, casusluq ittihamı ilə məhkum edilmiş Paul Whelan və eyni ittihamla 2023-cü ilin martında həbs edilən The Wall Street Journal-ın jurnalisti Evan Gershkoviçdir.

Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri Dövlət Departamenti dəfələrlə amerikalıları Rusiyanı tərk etməyə və bu ölkəyə getməməyə çağırıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

22 ədəd “Starlink” mini peyki orbitə çıxarıldı
ABŞ xəzinədarlığı fırıldaqçılara və terrorçulara ödəniş edib - Mask
Komediya ustası vəfat edib

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi