İze şəhərində (İranın cənub-qərbində yerləşən Xuzistan əyaləti) naməlum şəxs polis əməkdaşlarına atəş açıb.
Oxu24.com xəbər verir ki,bu barədə bazar günü Gənc Jurnalistlər Klubu agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, polis əməkdaşlarından biri ağır güllə yaraları alıb və xəstəxanada ölüb.
Naməlum şəxs şəxsi avtomobilindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb,
onun motivləri barədə məlumat verilmir.
Bir neçə saat əvvəl “Tasnim” agentliyi İraqla həmsərhəd və Xuzistan yaxınlığında yerləşən Kirmanşah əyalətində “Bəsic” şiə xalq milislərinin tərəfdarının həlak olması barədə məlumat yayıb.
Hüquq-mühafizə orqanları onların saxlanılması üçün səylər göstərir.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR