Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90732
az

Cənubi Afrika Putinin   sammitə  səfərindən qorxur

12:1412 İyun, 2023
120
DÜNYA
  • A

Cənubi Afrikanın yüksək rütbəli rəsmiləri Rusiya prezidenti Vladimir Putinin yalnız virtual iştirakını nəzərdə tutan BRİKS sammitində iştirak variantı ilə razılaşmayacağından narahatdırlar.

 

Oxu24.com xəbər  verir   ki,bu barədə Cənubi Afrikanın “The Sunday Times” qəzeti məlumat yayıb.


Məqalədə qeyd edilir ki, Rusiya liderinin mümkün gəlişi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putinin həbs edilməsi tələbi ilə bağlı ölkəni çətin vəziyyətə salacaq.

Mənfi nəticələrin qarşısını almaq üçün Cənubi Afrika hökuməti prezident Siril Ramafosa üç mümkün ssenari təklif edib.

Birincisi Putinin sammitdə Xarici İşlər Nazirliyi tərəfindən təmsil olunacağını, ikincisi isə onun onlayn şəkildə görüşdə iştirak edəcəyini nəzərdə tutur. Üçüncüsü, ötən il BRİKS sammitinə ev sahibliyi edən Çindən bu dəfə də toplantıya ev sahibliyi etməsi təklif edilir. Lakin Rusiya prezidentini bu variantlardan heç biri qane etməyəcəyi ilə bağlı qorxular var.

BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) başçılarının görüşü avqustun 22-24-də Cənubi Afrikada keçiriləcək. Bundan əvvəl Cənubi Afrika ICC orderinə görə Putini sammitə dəvət etməkdən imtina etməyə icazə vermişdi.

Martın 17-də BCM Putin və Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə həbsinə order verib.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya ilə Ukrayna arasında daha bir razılaşma ləğv edilib
Gürcüstanda hakim partiyanın ofislərinə hücumlardan danışıblar
Trampın elçisinin Ukrayna ilə bağlı planı dərc olunub

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı