Teleaparıcı Maksim Qalkinin Qazaxıstandakı nümayəndəsi Aleksey Puçkov sənətçinin oktyabrın 6-7-də Alma-Atada keçirilməsi planlaşdırılan konsertinin təşkili ilə bağlı problemlərin olduğunu açıqlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, RİA Novosti-yə bildirib. Onun sözlərinə görə, şounun təşkilatçıları bilet satışına başlayıb, lakin sonradan onların satışının qanunsuz olduğu üzə çıxıb. Konsertin keçiriləcəyi Respublika Sarayının nümayəndələrinin sözlərinə görə, məkanla razılaşmadan bilet satışı saxtakarlıq kimi qiymətləndirilə bilər.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Puçkov əlavə edib ki, konsertlə bağlı müqavilə hələ bağlanmayıb.
Qalkin bir müddət əvvəl Antalyadakı çıxışını tamaşaçılara çəkməyi qadağan etmişdi. Konsertdən əvvəl o, qonaqlara üzünü tutub və onlardan telefonlarını yerə qoymalarını istəyib. Mənbə bildirir ki, hər dəfə tamaşaçının əlində telefonu görəndə Qalkin tamaşanı dayandırıb və çəkilişləri dayandırmağı xahiş edib. Bundan əlavə, Qalkin Almaniyadakı tamaşaçıların da eyni istəyə anlayışla yanaşdığını və "heç kəsin çəkiliş aparmadığını" bildirib.
Oxu24.com
ŞƏRHLƏR