Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90714
az

Bakıda 31° dərəcəyədək isti olub - Faktiki hava

16:0211 İyun, 2023
264
CƏMİYYƏT
  • A
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Xidmətdən “Qafqazinfo”ya verilən xəbərə görə, iyunun 11-i saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Ordubadda 20 mm, Balakəndə 18 mm, Daşkəsəndə 12 mm, Gədəbəydə 8 mm, Göygöldə 7 mm, Culfada 6 mm, Şəmkir, Şahbuz, Naxçıvan, Gəncə, Sədərək, Tərtər, Ceyrançöl, Tovuz, Şəki, Şərur, Naftalanda 5 mm-dək olub. Yağan leysan yağış nəticəsində Göygöl ərazisindən keçən Gəncəçay-Zurnabad çayından sel keçib. İyunun 10-da şərq küləyi arabir Şabranda 20 m/s-dək, Naxçıvan, Xaltanda 16 m/s-dək güclənib. Daşkəsən, Şəmkir, Balakən, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu iyunun 10-da iqlim normasından 1.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31° dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 17-26 dərəcə isti, aran rayonlarında 33° dərəcəyədək isti olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi