Moskvanın şərqində Rusiyanın “Alabuqa” xüsusi iqtisadi zonasında dron istehsalı zavodu tikilir və İran bu işdə Rusiyaya kömək edir.
Oxu24.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.
Məlumatı Associated Press News agentliyi yayıb.
Kirbinin sözlərinə görə, ABŞ kəşfiyyat rəsmilərinin fikrincə, Rusiyanın Alabuqa xüsusi iqtisadi zonasındakı zavod gələn ilin əvvəlində fəaliyyətə başlaya bilər.
Onun sözlərinə görə, ABŞ-da Rusiyanın İrandan pilotsuz uçan aparatların istehsalı üçün zavod tikmək üçün lazım olan materialları aldığına dair məlumatlar var.
“Biz Rusiyanın Alabuqa Xüsusi İqtisadi Zonasında bu İHA istehsalı zavodunun planlaşdırılan yerinin peyk görüntülərini yayımlayırıq”, - o deyib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR