Macarıstanda ukraynalı hərbi əsirlərlə mətbuat konfransı keçiriləcək, onlar rəsmi Kiyevi tənqid edəcək və onların Macarıstan tərəfinə keçməsinə kömək etdiyi iddia edilən Rus Pravoslav Kilsəsinə təşəkkür edəcəklər.
Oxu24.com xəbər verir ki,Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrin RBC-Ukraynaya verdiyi məlumata görə, Rusiya məhbuslara Ukrayna hakimiyyətini açıq şəkildə tənqid etmək şərti ilə onları tərk etməyə icazə verib.
"Mətbuat konfransında məhbuslar guya necə zorla səfərbər olunduqlarını, hansı pis şəraitdə döyüşdüklərini, Macarıstan hökuməti və ÇXR-in nə qədər yaxşı olduğunu və sairələri deməlidirlər. Bu cür ictimai fəaliyyət Ukraynanı tənqid və təşəkkürlə ifadə etməlidir”, – deyə RBC-Ukrayna media qurumu yazıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR