Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90684
az

Dörd ölkə Azərbaycandan xam neft idxalını bərpa edib

19:1010 İyun, 2023
168
CƏMİYYƏT
  • A
2023-cü ilin yanvar-aprel aylarında dörd ölkə Azərbaycan neftinin idxalını bərpa edib. Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunlar Yunanıstan, Sinqapur, İndoneziya və Fransadır. Ümumilikdə, bu ölkələr 429,264 milyon dollardan artıq dəyərdə təxminən 675,225 milyon ton neft idxal ediblər. Kəmiyyət ifadəsində bu ölkələr tərəfindən Azərbaycan neftinin idxalı Azərbaycandan ümumi xammal ixracının 7,3 faizini, pul ifadəsində isə 7,5 faizini təşkil edir. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında Yunanıstan 300 min tona yaxın, Sinqapur 138,338 min tondan çox, İndoneziya 128,188 min tondan çox, Fransa isə 108,829 min tondan çox xam neft və neft məhsulları idxal edib. Dəyər baxımından Yunanıstan 190,16 milyon dollardan çox, Sinqapur 87,786 milyon dollar, İndoneziya 85 milyon dollardan çox və Fransa 66,3 milyon dollardan çox qiymətə Azərbaycan neftini alıb. Ümumilikdə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da əvvəlki illə müqayisədə (9,5 milyon ton) 2,6 faiz azdır. Neft ixracının ümumi dəyəri 5,715 milyard dollardan çox olub ki, bu da 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 12,7 faiz və ya 829,564 dollar azdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin