Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90683
az

Yaxşı xurmanı necə seçmək olar. Məsləhətlər

18:5910 İyun, 2023
490
  • A
Xurma Ramazan ayının ən populyar təamıdır. Dükanlarda çoxlu sayda müxtəlif xurma növləri satılır. Sizə yaxşı xurmanın seçmək qaydalarını təqdim edirik: 1. Yaxşı yetişmiş xurma tünd qəhvəyi rəngdə olur. Xurmanın rəngi açıqdırsa, bu o deməkdir ki, xurma yaxşı yetişməyib. Belə xurmanı almayın. 2. Xurmanın üzərində ləkələr olmamalıdır. 3. Xurma bərk olmamalıdır, lakin çox yumşaq da olmamalıdır. 4. Yaxşı xurmanın rəngi parlaq deyil, mat olmalıdır. 5. Xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu o deməkdir ki, xurma sobalarda qurudulub. Belə xurmanı almayın. 6. Xurma yapışqan, yağlı olmamalıdır. Meyvələr bir birinə yapışıbsa, bu yaxşı xurma sayılmır. 7. Çəyirdəkli xurma daha yaxşı sayılır. 8. Yedikdən əvvəl xurmanı mütləq yumaq lazımdır. 9. Xurmanı soyuducuda saxlayın Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi