Rusiyanın Voronej şəhərində üç oğlan 19 yaşlı qıza təcavüz edib.
Oxu24.com bildirir ki, Kominternovski rayon Məhkəməsi yaxın günlərdə təcavüzkarların işinə baxacaq.
21, 22 və 25 yaşlı oğlanlar 2018-ci ilin sentyabr ayının sonunda həbs olunublar. Onlar bir qrup şəxs tərəfindən edilən cinsi təcavüzdə ittiham olunurlar.
Gənclərin hər birini azı 10 il həbs cəzası gözləyir. Oxu24.com
ŞƏRHLƏR