Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90678
az

DSX-nin hərbçisi güllə yarasından öldü

17:2610 İyun, 2023
162
  • A
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu intihar edib. Respublika Hərbi Prokurorluğundan Verilə Verilən məlumata görə, kiçik gizir Əhmədov Rahil Rahib oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada -FOTO
Bu liderlərin təyyarəsinə raketdən müdafiə sistemləri quraşdırılacaq

Ərdoğan Kamala Harrislə görüşə bilər


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı