Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90672
az

Klimaks dövrünü asan keçirmək üçün bunları edin - MƏSLƏHƏT

13:2010 İyun, 2023
200
CƏMİYYƏT
  • A
“Qadınların həyatında təbii bir proses olan menopoz dövründə əhəmiyyətli fiziki və ruhi dəyişikliklər baş verir. Süd vəzi xərçəngi, yumurtalıq xərçəngi, uşaqlıq və uşaqlıq boynu xərçəngi kimi ciddi xəstəliklərə ən çox menopozal yaş qrupunda rast gəlinir. Buna görə də qadınların menopoz dövrünə diqqət yetirmələri çox vacibdir. Menopoz dövründə nəzərə alınacaq faktorlara əməl etməklə sağlam, dinc və rahat bir menopoz keçirmək mümkündür”. Bunu Doğum və Ginekologiya Mütəxəssisi Op. Dr. Meral Sönmezer deyib. Həkim bildirib ki, bu dövrdə sağlamlıq yoxlamalarına laqeyd yanaşmaq olmaz. Menopoz zamanı baş verə biləcək bəzi xəstəliklərin erkən diaqnozunu qoymaq üçün həkim müayinələrini qaçırmamaq çox vacibdir. Ortoped, ürək-damar xəstəlikləri, süd vəzi və uşaqlıq xərçəngi təhlükələrinə qarşı müayinələrdən keçmək məsləhətdir. Mütəmadi olaraq ginekoloji müayinələr, mamoqrafiya, PAP yaxma testi, tam qan analizi, qaraciyər, ürək və böyrək funksiyası testləri, sümük rezorbsiya testləri, məsələn sağlamlıq yoxlamalarını axsatmaq olmaz. “Lazım gələrsə, Hormon Terapiyasından dəstək alın. Menopoz zamanı estrogen hormonunun azalması səbəbindən bəzi fiziki və psixoloji dəyişikliklər baş verir. HRT adlanan hormon əvəzedici terapiya isti basmalar, tərləmə, yuxu pozğunluqları, vaginal quruluq, sidik yolları xəstəlikləri və menopozun yaratdığı psixoloji problemlərin təsirlərini azaltmaq üçün istifadə olunur. Bunlara əlavə olaraq hormon terapiyası ilə osteoporoz və əlaqəli sümük qırıqları, ürək-damar xəstəlikləri və Alzheimer riski də əhəmiyyətli dərəcədə azalır”,-deyə ginekoloq qeyd edib Onun sözlərinə görə, menopozun səbəb olduğu şikayətlərə qarşı bədəni formada saxlamaq üçün qadınlar balanslı və sağlam qidalanmalıdırlar. Menopoz dövründə müxtəlif qidalanma proqramları yaradılmalı, vitamin və mineralların balansına diqqət yetirilməli, tərkibində kalsium yüksək olan qidaların istehlakı artırılmalıdır. Bunlara əlavə olaraq kofein, soda, spirt, yağ və duz istehlakı məhdudlaşdırılmalıdır. Maye qəbulunu artırmaq tövsiyə edilir. Menopoz zamanı kifayət qədər gündəlik maye qəbulu çox vacibdir. İsti basmaların qarşısını almaq, böyrəklərin fəaliyyəti və çəki artımını idarə etmək üçün gündə ən az 2 litr su içilməlidir. Həkim onu da əlavə edib ki, bu dövrdə hamiləliyin qarşısını almaq üçün nəzarət vacibdir. Menopoz dövründə yumurtlama funksiyaları qeyri-müntəzəm olsa da, hələ də aktivdir və nadir hallarda ovulyasiya baş verə bilər. Bu da hamiləliklə nəticələnə bilər. Bu səbəblə nizamsız olsa belə, menopoz əlamətləri davam edərsə, hamiləlik riski olduğu üçün doğuma nəzarət üsullarından istifadə edilməsi məsləhət görülür Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
Seysmoloji Xidmət zəlzələ ilə bağlı əhaliyə müraciət etdi
Elçilikdə "yox" cavabı aldığı qızı və anasını MAŞINLA VURDU

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə!- Sənəd qəbulu dayandırılır
Ödəmə terminalından oğurluq edən    şəxs    tutuldu