"İnter Mayami" hücumçu Messinin transferindən bir gün sonra mövsümün sonuna qədər matçlar üçün bütün biletləri satıb.
Amerikanın "İnter Mayami" futbol klubu argentinalı hücumçu Lionel Messinin transferindən 24 saat sonra MLS mövsümünün sonuna qədər bütün matçlara, o cümlədən səfər matçlarına biletləri satıb.
Oxu24.com xəbər verir ki, bu barədə AS xəbər portalı açıqlama yayıb.
Messinin yeni klubunda debütünü nə vaxt edəcəyi hələlik məlum deyil. MLS-in adi mövsümünün bitməsinə "İnter Mayami"nin 12 oyunu var.
İspan nəşri qeyd edir ki, hətta Messinin yaxın dostu olan Serxio Aquero da ondan bilet istədiyini, lakin biletin olmadığını demişdi. Resellerlərin saytlarında biletlərin qiyməti 3500 dollara çatır.
İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda "Klermon"a qarşı meydana daxil olaraq Paris Saint-Germain üçün son matçına çıxıb. Futbolçunun parislilərlə müqaviləsi iyunda başa çatdı, o, İnter Mayamiyə keçdi.
Tərcümə: Nigar Oktayqızı
Oxu24.com
ŞƏRHLƏR