Cümə günü ABŞ lideri Co Bayden ABŞ-ın keçmiş prezidenti Donald Trampın məxfi sənədləri lazımınca saxlamamaq ittihamını şərh etməkdən imtina edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
O, bununla bağlı suala cavab olaraq “Mənim heç bir şərhim yoxdur” deyib və qeyd edib ki, ədliyyə naziri ilə bu məsələni müzakirə etməyib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ hakimiyyəti keçmiş ABŞ prezidenti Donald Tramp və onun köməkçisi Uolt Nautanı məxfi sənədləri düzgün saxlamamaqda 38 maddə ilə ittiham etmişdi.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR