Simit və xəmir kimi qidalar hər səhər istehlak edildikdə böyük təhlükə yaradır.
Hər səhər xəmir və simit istehlakının insan orqanizminə vurduğu zərər mütəxəssislər tərəfindən izah edilib.
Çay və şirniyyat ikilisinin səhər istehlak edildiyində böyük təhlükə yaratdığı üzə çıxıb.
Emal edilmiş və ya sadə karbohidratlar orqanizm üçün zərərli hesab edilir. Bunlara ağ çörək, pizza xəmiri, makaron, xəmir məmulatları, ağ un, ağ düyü və bir çox səhər yeməyi dənli məhsulları daxildir. Onlar çox az qida dəyərinə malikdirlər. Karbohidratlar iştah hormonlarına təsir edərək piylənməyə gətirir. Onlar tez həzm olunur və yüksək glisemik indeksi və yükü qan şəkəri səviyyəsində qeyri-sağlam dalğalanmalara və daimi yorğunluğa səbəb olur. Emal edilmiş karbohidratlar yediyiniz zaman qanınız şəkərlə dolur, bu da şəkəri qanınızdan təmizləmək üçün mədəaltı vəzidən əlavə insulinin buraxılmasına ehtiyac yaradır. Orqanizm ehtiyac duyduğu şəkəri dərhal istifadə edir və bir hissəsini insulinin köməyi ilə qaraciyərinizdə və əzələlərdə glikogen kimi, artıqları isə yağ kimi saxlanılır.
Həddindən artıq qarın piyləri qarın orqanlarını və qaraciyəri əhatə edir. Şəkərli xəmir xörəklərinin kəsilməsi bel ətrafının daha incə olması və həmçinin diabet riskinin aşağı olması deməkdir. Karbohidrat və şəkərlə zəngin qidalar yüksək qan təzyiqi, ürək xəstəlikləri, piylənmə, hiperaktivlik və əhval pozğunluğu ilə əlaqələndirilir.
Tədqiqatlar göstərir ki, çox yüksək miqdarda şirniyyat məhsulları yeyən şəxslərin ürək xəstəliyinə tutulma riski az yeyənlərə nisbətən 2-3 dəfə yüksəkdir.
Şəkər beynin dopamin ifraz etməsinə səbəb olur ki, bu da asılılığa meylli insanlar üçün yüksək dərəcədə təhlükəli sayılır. Emal edilmiş karbohidratlar immun sistemi və xərçəng hüceyrələri üçün risk faktorlarıdır.
Oxu24.com
ŞƏRHLƏR