Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9064
az

Xoşbəxt qadınlardan pis həyat yoldaşı olur

21:4718 Yanvar, 2019
1033
DÜNYA
  • A
Uzun illərin təcrübəsi göstərib ki, xoşbəxt qadın adətən qayğısız, etinasız həyat yoldaşı olur. Onların evlərində də həmişə içilməmiş qəhvə fincanı, dağınıq yataq, oxunmamış kitab, şən səliqəsizliyə rast gələrsiniz.

Oxu24.com xəbər verir ki, mütəxəssislər xoşbəxt qadınların pis həyat yoldaşı olduqlarını iddia edirlər.

Onların fikrincə, bədbəxt qadınlar daha yaxşı həyat yoldaşı ola bilir. Onların həyatı uğursuzluqlarla dolub daşır, qəlblərini buz kəsib. Fərq yoxdur hansı səbəbdən, nə üçün... O qadınlar sadəcə bədbəxtdirlər.

Tutaq ki, xoşbəxt qadın dolabda təmiz yataq dəsti tapa bilmir. Yadına düşür ki, axı paltarları yumağı unudub. Amma əhvalı o qədər yaxşıdır ki, bu hadisəyə gülür və önəm vermir.

Xoşbəxt qadının evində heç vaxt ehtiyyatda ərzaq, əşya və ya pul olmur. Buna görə də qarşı tərəf özünü çox lazımlı hiss edir. Anlayır ki, o olmasa, qadın bütün bunları əldə edə bilməz. Sevimli, şən, enerji dolu qadınını xoşbəxt etmək üçün kişi məişət məsuliyyətini də könüllü şəkildə öz üzərinə götürür. Qadın onu idarə etməyə çalışmır, çərçivəyə salmır. Ona görə kişi həyat yoldaşını qısqanır, daim yanında olmağa can atır.

Bədbəxt qadınlarsa, əksinə tez və dadlı xörəklər bişirir. Ona görə də əri sağlam və gümrahdır. Ümidsiz qadınların evində hər zaman əsgərlikdə olduğu kimi ideal təmizlik hökm sürür. Dolablarda paltarlar riyazı dəqiqliklə qatlanıb, mətbəxində hətta müharibələrə tab gətirən ərzaq ehtiyatı var. O, həm də qənaətcildir. Pul yığmağı da bacarır. Gün ərzində dərdlərindən qurtulmaq üçün özünü ev işlərinin ağuşuna atır, fasilə vermədən qabları, paltarları yuyur, ev yığışdırır. Ərini də tez-tez yaxşıca yedirib-içirdir.

Çox vaxt kişi qaynanmış suda məhv olan mikrob, yaxud təmiz mətbəx sevməyən tarakan kimi bu şəraitdən qaçmağa can atır. Bu qadınlar gözətçi kimi ərlərini güdür, pencəklərinin üstündə qadın teli axtarırlar. Onların ərləri də körpə kimi küçədəki “zibil”i dadmağa meyllənirlər.

Ətrafında hər kəs bu qadının ideal həyat yoldaşı olduğunu deyir. Rəfiqələrini də ev işlərindəki uğurlarına görə tərifləyir. "Bu gün bişirdiyi yeməyi bəyəndim. Görünür ki, evdarlığı öyrənmək istəyir" kimi cümlələr qurur.

Bədbəxt qadınlar gün ərzində vəhşi işgüzarlıqla evin içində dolaşırlar ki, toz damcısı, yaxud ləkəli güzgünü silsinlər. Ərləri də evdə necə davranacaqlarını bilmirlər. Evdəki səliqəni pozmaqdan qorxduqları kimi, onunla rahat, isti, çılpaq ünsiyyətdən də çəkinirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ