Taliban qüvvələri Əfqanıstanın İranla sərhədində yerləşən Nimroz əyalətində ağır silahlarla hərbi təlimlər keçirib.
Oxu24.com xəbər verir ki,bu barədə Nimroz vilayətindəki 3-cü batalyonun komandiri Məhəmməd Nəbi Molla Vurur Taliban xəbər agentliyi Bakhtar-a məlumat verib.
Onun sözlərinə görə, təlimlər peşəkar təlimatçılar cəlb edilməklə Zaranc rayonunda keçirilib. Müxtəlif növ ağır silahların cəlb olunduğu manevrlərin məqsədi Taliban qüvvələrinin döyüş hazırlığını artırmaqdır.
Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən bəri Əfqanıstan-İran sərhədində İran sərhədçiləri ilə vaxtaşırı toqquşmalar baş verir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR