Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən ayrılıb.
Bu barədə APA-ya Agentlikdən bildirilib.
Qeyd olunub ki, o, öz ərizəsi ilə işdən çıxıb və yerinə hələlik təyinat yoxdur.
Mədəniyyət Nazirliyindən isə bildirilib ki, Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyində müşavir vəzifəsinə təyin edilib.
Oxu24.com
ŞƏRHLƏR