Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90619
az

Rəşad Dağlı bıçağı kimdən alıbmış?  —  Məhkəmədən şok  detallar

18:2409 İyun, 2023
407
REDAKTORUN SEÇİMİ
  • A

Tanışını öldürməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlının bıçaq aldığı mağazanın satıcısı Xankişi Cəfərovun ifadəsi elan olunub.

Qeyd olunub ki, Xankişi Cəfərov hazırda hərbi xidmətdədir, ona görə məhkəmədə iştirak edə bilmir.

Şahid istintaqa verdiyi ifadəsində deyib ki, Rəşad Dağlı ilə şəxsi tanışlığı olmayıb, yalnız sosial şəbəkələrdə görüb. Meyxanaçı hadisə baş verən gecə ilk dəfə mağazaya gəlib, bir ədəd bıçaq və iki qutu siqaret alıb:

“Noyabrın 8-i gecə saat 4 radələri idi. Rəşad Dağlı mağazaya gəldi, bir bıçaq iki qutu siqaret istədi. Bıçağı 45 manata satdım, 6 manat da siqaret pulu etdi. Mağazadan çıxandan sonra arxası ilə getmədim, amma kameradan qara “Niva”ya mindiyini gördüm”.

Daha sonra bildirilib ki, məhkəmə şahid qismində tanınmış sonuncu şahidin prosesə çağırılmasına ehtiyac görməyib. Onun istintaqa verdiyi ifadəsi elan olunmuş hesab olunub.

İclasın davamında Rəşad Dağlı sərbəst ifadə verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə və Ermənistanın birgə əməliyyatı: Tutulan şəxslər kimlərdir? (VİDEO)
Kreditin bağlayıb öldü
Köhnə binalarda yaşayanlara xəbər var

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü