Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90615
az

Azər İsrafilov həbsdə intihara cəhd edib? - Rəsmi açıqlama

17:3309 İyun, 2023
115
CƏMİYYƏT
  • A
Həbsdə olan jurnalist Azər İsrafilovun damarlarını kəsərək özünə xəsarət yetirməsi barədə məlumatlar yayılıb. “Oxu24 com Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə jurnalistin anası Zenfira İsrafilova açıqlama verib. O, oğlunun 2 il 8 aydır həbsdə olduğunu, bu il may ayının 13-də vəziyyəti pisləşdiyi üçün 7 saylı cəzaçəkmə müəssisəsindən Müalicə Müəssisəsinə köçürüldüyünü deyib. Z.İsrafilovanın iddiasına görə, daha sonra oğlu müalicə olunmadan yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb. Məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxladıq. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, A.İsrafilovun anasının intihara cəhdlə bağlı dedikləri həqiqəti əks etdirmir: “Məhbus səhhəti ilə əlaqədar Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülüb, müalicə müddəti bitdikdən sonra cəza çəkdiyi müəssisəyə geri qaytarılıb. Təkrar müalicəyə ehtiyacı olarsa, yenə də baxıla bilər”. Qeyd edək ki, Azər İsrafilovun anası Ədliyyə Nazirliyi, nazirliyin Tibb Baş -İdarəsi, Penitensiar Xidmət və Ombudsmana müraciət edərək oğlunun xəstəliyi ilə bağlı tədbirlərin görülməsini də xahiş edib. A.İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb. Xatırladaq ki, jurnalist dələduzluq və dövlət sərhəddini qanunsuz keçməyə cəhd göstərməkdə təqsirləndirilərək həbs edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ