Cümə günü, iyunun 9-da ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün dəyəri 2 milyard dollardan çox olan yeni təhlükəsizlik yardım paketini elan edəcək.
Oxu24.com xəbər verir ki,bu barədə Bloomberg Ağ Evin nümayəndələrinə istinadən məlumat yayıb.
Raytheon Technologies tərəfindən istehsal olunan qabaqcıl istiqamətləndirmə sistemi ilə anti-radar raketinin buraxılışı Ukraynaya veriləcək.
Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində ayrılacaq vəsaitlər raket buraxılış qurğuları və Hawk raketlərinin, həmçinin Patriot hava hücumundan müdafiə sistemləri üçün iki növ raketin alınmasına yönəldiləcək.
Mənbələrin bildirdiyinə görə, yeni paket çərçivəsində Ukrayna “Lockheed Martin” şirkətinin istehsalı olan təkmil “Pac-3” antiradar raketlərini, həmçinin “Raytheon Technologies” şirkətinin istehsalı olan təkmil GEM-T istiqamətləndirmə sisteminə malik antiradar raketlərini alacaq.
Raytheon bildirib ki, GEM-T "taktiki ballistik raketləri, qanadlı raketləri və ya düşmən təyyarələrini məğlub etmək üçün təkmilləşdirilmiş imkanlara malikdir" və Pac-3-ü tamamlayır.
Yeni paketin elanı hərbi analitiklərin Ukraynanın son bir neçə ay ərzində hazırlaşdığı əks-hücum əməliyyatına başladığı barədə açıqlamaları fonunda baş verib.
Rusiyanın qanadlı və ballistik raketlərinə qarşı olan Ukrayna üçün hava hücumundan müdafiə prioritetlərindən biridir. Bundan əlavə, ölkə əks-hücum zamanı öz qüvvələrini Rusiya aviasiyasından qorumalıdır.
Tərcümə: Nigar Oktayqızı
Oxu24.com
ŞƏRHLƏR