NATO ölkələri və onların müttəfiqləri iyunun 12-dən 23-dək alyans tarixində ən böyük hava təlimlərini keçirəcək.
25 ölkənin iştirak edəcəyi təlimdə B-1 strateji bombardmançılarından tutmuş beşinci nəsil F-35 qırıcı-bombardmançılarına və ölümcül uzaq mənzilli pilotsuz təyyarələrə qədər təxminən 250 təyyarə iştirak edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Təlimlər Almaniyanın rəhbərliyi altında keçiriləcək,Amerikadan Baltik və Qara dənizdəki Rusiya sərhədlərinə qədər uzanacaq. Qəzet qeyd edir ki, təlimlərdə 10 mindən çox hərbçi də iştirak edəcək, 2000-dən çox döyüş atışı icra ediləcək.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR