Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90555
az

Macarıstan Prezidenti: Rusiya Ukraynada öz məqsədlərinə çatmamalıdır

22:0708 İyun, 2023
154
DÜNYA
  • A

Macarıstan prezidenti Katalin Nowak hesab edir ki, dünya Rusiyanın Ukraynada hərbi məqsədlərini həyata keçirməsinə mane olmalıdır. Eyni zamanda, o, Budapeştin Kiyevə silahla yardım etməsinin əleyhinədir və Rusiya Federasiyasına qarşı sanksiyaları səmərəsiz hesab edir.

Oxu24.com  xəbər  verir  ki, Nowak bu barədə “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində deyib.

Macarıstan prezidenti ilkin olaraq Rusiyanın təcavüzünü pislədiyini və bütün ölkəsinin Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğunu vurğulayıb.


“Ukrayna qonşusu tərəfindən hücuma məruz qalan suveren ölkədir və indi öz vətəndaşlarını qorumaq üçün əlindən gələni edir. Ukraynalılar müstəqil hərəkət edirlər, lakin bir çox ölkələr tərəfindən dəstəklənirlər. Bu, əlbəttə ki, hərbi səylərə təsir edir”, - Novak bildirib.

Macarıstan prezidenti vurğulayıb ki, “Rusiya öz hərbi məqsədlərinə çatmamalıdır, biz buna imkan verməməliyik”, lakin eyni zamanda həll yolunu sülh danışıqlarında görür, baxmayaraq ki, o, onların hazırkı dövrdə qeyri-reallığını qəbul edir.

Novak hesab edir ki, hərbi yardım "müharibəni alovlandıracaq" və "tez bir şəkildə arta bilər", lakin ukraynalılara və ukraynalı qaçqınlara humanitar yardımı dəstəkləyir.

Sanksiyalara gəlincə, Novak vurğulayıb ki, “sanksiyaların təsiri var, lakin Rusiyadan çox bizə zərər vurub. Buna yol vermək olmaz. Biz yalnız Rusiyanı cəzalandırmaqdansa, buna daha çox diqqət yetirməliyik”.

 

Tərcümə:Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranda zəlzələ oldu – Ordubadda hiss edildi
Dünyanın ən yaşlı kişisi öldü
Bütün Ukraynada həyəcan təbili çalıb

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı