Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90553
az

İmran Xan qətldə günahlandırılır

21:4808 İyun, 2023
72
DÜNYA
  • A

İslamabadın Ali Məhkəməsi cümə axşamı Pakistanın keçmiş baş naziri, müxalif Ədalət Hərəkatının  lideri İmran Xanı Ali Məhkəmənin baş vəkili Əbdül Rəzzək Şarın qətlində iştirakda ittiham edib.

 

Oxu24.com xəbər verir  ki, Dawn qəzeti məlumat yayıb.


İttiham aktından sonra keçmiş hökumət başçısına bu iş üzrə vəkillərlə məhkəmə iclaslarına hazırlaşmaq üçün həbsdən iki həftə möhlət verilib.

 

Şar Xana qarşı əvvəllər irəli sürülən xəyanət ittihamlarına baxılmasında iştirak etmişdi.

 

Vəkil iyunun 6-da Kvetta şəhərində naməlum silahlı şəxslər tərəfindən güllələnib. Səlahiyyətlilər bildiriblər ki, keçmiş baş nazir vətənə xəyanətdən yayınmaq üçün Şarın qətlini “təhrik edib”. Xanın rəhbərlik etdiyi DZS bu iddiaları tamamilə təkzib edib.

 

Pakistan hökumətinin keçmiş başçısına qarşı müxtəlif ağır cinayətlər üzrə onlarla ittiham irəli sürülüb. Çərşənbə günü, Lahor məhkəməsi Xanı 2018-2022-ci illərdə hakimiyyətdə olduğu müddətdə xarici liderlərdən qeyri-qanuni hədiyyə satışı əməliyyatları ilə bağlı fırıldaqçılıq və saxtakarlıqda ittiham edib.

 

İttiham ötən ildən siyasətçinin dövlət mağazasından ümumi bazar dəyəri 154 milyon rupi (1,897 milyon dollar) olan hədiyyələr satması ilə bağlı işi araşdıran istintaq orqanlarının tələbi ilə irəli sürülüb.

 

Xanın 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsi nəticəsində hökumət başçısı vəzifəsindən uzaqlaşdırılmasına bu cinayətdə şübhələr səbəb olub.

 

Tərcümə:Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Aİ-ni F-16-nın Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini təxirə salmağa məcbur edir
Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna baxılması üçün son tarixi elan edib
Tbilisidə polis Belqorod sakinini saxlayıb

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO