ABŞ Prezidenti Co Bayden Ağ Evdə Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden Sunakı qəbul etməkdən məmnun olduğunu bildirdi
Tərəflər iki ölkə arasında tarixi əlaqələrin olduğunu vurğulayıblar.
Həmçinin, görüşdə Rusiyaya qarşı mübarizədə Ukraynaya verdikləri maliyyə, hərbi və humanitar dəstəkdən danışan Bayden ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanan AUKUS müqaviləsi ilə Hind okeanını daha təhlükəsiz etmək məqsədinə də toxunub.
Bayden bildirib ki, NATO müttəfiqləri olaraq ümumi müdafiəni təmin etmək üçün birlikdə çalışırlar.
Oxu24.com
ŞƏRHLƏR