Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90537
az

Bakıda zorlamaya görə tutulan var

17:4708 İyun, 2023
402
  • A

Bakı şəhəri Suraxanı rayonunda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

"Hazırda ibtidai istintaqı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", - məlumatda bildirilib.

 

Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaz kəsiləcək
Dərəyə aşdılar: Ölənlər var
Hərbçimiz vəfat etdi -FOTO