Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90533
az

Qubada uşaq bağçasında ilanlar aşkarlanıb - VİDEO

17:3608 İyun, 2023
82
CƏMİYYƏT
  • A
Qubada uşaq bağçasında ilanlar aşkarlanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində yerləşən 17 saylı uşaq bağçasında baş verib. Uşaq bağçasının tavanında bir neçə ilan aşkar olunub. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov məsələ ilə bağlı məlumatlarının olduğunu və problemin həlli üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb: “Bir neçə gün öncə bağça rəhbərliyi və tərbiyəçilər ilan görüblər. Düşünürük ki, bu, mövsümlə bağlıdır. Dərhal tərəfimizdən aidiyyəti üzrə məlumat verilib. Bundan sonra Elm və Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat idarəsi tərəfindən uşaq bağçası iki dəfə xüsusi dezinfeksiya olunub. Bundan sonra həmin ərazidə ilan müşahidə olunmayıb. Lakin valideynlərin narazılığını və narahatçılığını nəzərə alaraq bağçanın tavan və döşəməsinin əsaslı təmirinə qərar verilib. Artıq aidiyyəti üzrə tikinti idarəsi tərəfindən baxış keçirilib. Sabahdan artıq təmir işlərinə başlanılacaq”. O, həmçinin deyib ki, həmin bina 1946-cı ildə inşa olunub. Binanın dam örtüyü dəyişdirilib və bir neçə dəfə əsaslı təmir işləri aparılıb. Növbəti illərdə bağça üçün yeni inzibati binanın tikintisi nəzərdə tutulur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı