Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90531
az

Türkiyə təhlükəli terrorçunu məhv etdi

17:1208 İyun, 2023
238
DÜNYA
  • A

MİT PKK/KCK-nın Şimali İraqdakı yüksək səviyyəli idarəçilərindən olan Fehmi Öğmen və boz siyahıda axtarılan 2 terrorçunu Süleymaniyyə çölündə keçirdiyi əməliyyatla zərərsizləşdirib.

Oxu24.com xəbər verir ki,Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT qurduğu yerli kəşfiyyat şəbəkəsi ilə PKK-nın sözdə yüksək səviyyəli adlarını izləyib və terror təşkilatı üzvlərinin məxfi şəkildə istifadə etdiyi ərazini müəyyən edib.

Boz siyahıda axtarılan PKK/KCK-nın Şimali İraqdakı yüksək səviyyəli idarəçilərindən biri, “Sinan Dijvar” kod adlı Fehmi Öğmenin Süleymaniyyənin Çemçemal çölündə olduğu müəyyənləşib.

1993-cü ildə təşkilata qoşulan, uzun illər daxildə və xaricdə terror fəaliyyətləri həyata keçirən, Türkiyədə bir çox aksiyalar təşkil edən təşkilat rəhbərlərindən olan Öğmenə qarşı əməliyyat keçirilib.

Əməliyyatda boz siyahıda axtarılan Öğmen "Mazlum Koçer" kod adlı batalyon zabiti Mehmet Salih Çakal və onların sürücüsü "Ararat Tolhildan" kod adlı Əhməd Muhammed Əli ilə birlikdə zərərsizləşdirilib.

Tərcümə:Nigar Oktayqızı 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan    Boluya     gedir
Təyyarədə unudulan pişik 24 saat ərzində 3      səfər       etdi
Britaniya vətəndaşlarını sərhədə     getməməyə    çağırdı