Türkiyədə baş verən dəhşətli qət hadisəsinin təfərrüatı məlum olub. Ədirnədə meşə ərazisində rəqqasə Didəm Uslunu parçalara ayıran şəxs saxlanılıb.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,onu öz atası Həsən Uslu qətlə yetirib. Hadisə ilə bağlı qətlə yetirilən rəqqasənin atası Həsən və anası Satı Uslular saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Həsən Uslu dönərçi işləyir və qızını da dönər bıçağı ilə hissələrə ayıraraq meşəyə aparıb. Saxlanılan ata qızını evdə baş verən mübahisəyə görə öldürdüyün etiraf edib. Ölüm faktı ilə bağlı araşdırma davam edir.
Oxu24.com
ŞƏRHLƏR