Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90499
az

İstirahətə çıxmaq istəyən işçilərin NƏZƏRİNƏ - Əmək məzuniyyətiniz belə hesablanmalıdır

10:5908 İyun, 2023
687
İQTİSADİYYAT
  • A
Bəzən elə olur ki, işçi məzuniyyət hüququndan istifadə etmir və ya ümumiyyətlə, məzuniyyətə çıxmaq istəmir. Belə olan təqdirdə işçilər arasında sual yaranır ki, əgər işçi məzuniyyət hüququndan istifadə etmək istəmirsə, o zaman məzuniyyət zamanı alacağı məvacibi yenə də götürə bilər? Oxu24.com milli.az-a istinadən bildirir ki, bu barədə Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, işçinin istifadə etmədiyi məzuniyyətinə görə kompensasiya almaq hüququ var: "Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinə əsasən işçiyə ildə ən azı 21 gün, təqvim ilindən az olmayan ödənişli əmək məzuniyyəti verilməlidir. Əmək qanunvericiliyi ilə işçinin əmək məzuniyyəti 6 ayın tamamında yaranır. İşçilər əmək məzuniyyətinə çıxan zaman ilk dəfəsi üçün 14 gündən az olmayan məzuniyyət götürür və istifadə edir. Tutaq ki, işçi əgər, 3 il işləyib və bu 3 ilin 2 ilini əmək məzuniyyətinə çıxmayıbsa, nəticə etibarı ilə işçi istifadə etmədiyi əmək məzuniyyətinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin ikini hissəsinə görə, kompensasiya almaq hüququ var". Hüquqşünas bildirib ki, hansısa müəssisədə və ya şirkətdə anidən dayandırılma olarsa və ya barəsində ləğv olunma qərarı çıxarılarsa, bu zaman da kompensasiya almaq mümkündür: "Əgər bir müəssisədə hər hansısa bir formada istehsalat dayandırılması olarsa və ya hansısa bir formada ləğv olunma prosesi başlayarsa və işçilərin əmək müqaviləsi ləğv olunmazsa, belə olan təqdirdə işəgötürən müəssisə işçiləri iki təqvim ilinin cəmindən çox olmayan müddətə məzuniyyətə göndərə bilər. Eyni zamanda həmin işçilər istifadə etmədiyi məzuniyyətə görə, kompensasiya almaq hüququna malikdir". Ramil Süleymanovun sözlərinə görə, işəgötürənlə işçi arasında əmək müqaviləsinə xitam verildiyi zaman işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə, ödəniş son haqq-hesabda ümumi hesablanmaqla işçiyə tədqim olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ŞAD XƏBƏR! Bu şəxslərə “13-cü maaş” veriləcək - RƏSMİ
Azərbaycan bu məhsulların ixracından gəlirini artırdı
Dollar və avro bu tarixdən BAHALAŞIR -Rusiyada YENİ MƏZƏNNƏ

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin