Rusiyada saunada baş verən yanğın zamanı iki qadın ölüb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya DİN Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, ölənlər yerli mağazada işləyən 36 yaşlı və 21 yaşlı qadınlardır.
İlkin məlumata görə onlar otaqdan çıxmaq istəyiblər, amma bacarmayıblar.
Qeyd olunur ki, yanğına səbəb hamam kompleksinin qızdırıcı elementinin qısaqapanması ola bilər. Hazırda faktla bağlı yoxlama aparılır.
Oxu24.com
ŞƏRHLƏR