Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90456
az

ABŞ-İran arasında danışıqlar başlayır

17:4307 İyun, 2023
122
DÜNYA
  • A

ABŞ və İran arasında danışıqlar İranın nüvə proqramı ilə bağlı anlaşmaya nail olmaq cəhdində son günlər əhəmiyyətli irəliləyiş əldə edib.

Oxu24.com xəbər verir ki, “İsrail Details” yazır ki, yəhudi dövlətinin təhlükəsizlik qüvvələri işlərin gözlənildiyindən daha sürətlə getdiyinə inanır və tərəflərin bir neçə həftə ərzində razılığa gələ biləcəyini düşünür.

Yeni nüvə sazişinə İranın uranın yüksək faizlə zənginləşdirilməsi prosesini dayandırmaq barədə razılaşması daxil olacaq. Bunun müqabilində Tehran ABŞ və Aİ-nin təşəbbüsü ilə ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yumşaldılmasına ümid edir.


Birinci mərhələdə tərəflər razılığa gələ bilsələr, İranın 20 milyard dollarlıq aktivləri dondurulacaq. Bu, xaricdə - Cənubi Koreyada, İraqda, BVF-də bank hesablarında saxlanılan pullardır.

Tərəflər arasında etimadın yaradılması istiqamətində atılan addımlar çərçivəsində İran son günlər həbsdə olan 3 Qərb vətəndaşını azad edib. Bunun müqabilində iranlı diplomat Fransada partlayış cəhdində rol aldığı üçün Belçikada iki il həbsdən sonra azad edilib.

Nəşr qeyd edir ki, İsrail tərəflər arasında imzalanan razılaşmalara rəsmi şəkildə qarşıdır və xəbərdarlıq edir ki, belə bir məhdud müddətli saziş - aktivlərin dondurulması müqabilində zənginləşdirmənin dondurulması - İrana beynəlxalq nəzarəti lazımi səviyyədə təmin etmək üçün kifayət etməyəcək.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyük Britaniyada iğtişaşlar səbəbilə fövqəladə hallar komitəsi çağırılıb
İsrail ordusu təlimlər keçirir
Ukraynada Telegram-ı vağlamağa çağırdılar

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü