Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90450
az

Ərdoğan Kaxovka SES-lə bağlı komissiya yaratmağı təklif etdi

16:3007 İyun, 2023
139
DÜNYA
  • A
Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında telefon danışığı baş tutub. “Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Ukraynada hazırda davam edən müharibə ətrafında fikir mübadiləsi aparıblar. Ərdoğan Kaxovka SES-də baş verən partlayışla bağlı danışarkən qeyd edib ki, hadisə ilə bağlı ətraflı araşdırma aparmaq üçün münaqişə tərəflərinin mütəxəssislərinin, BMT və Türkiyə daxil olmaqla beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla bilər. Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edib. Hadisə nəticəsində Nova Kaxovka və digər şəhərlərdə kəndləri su basıb. Ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilib. Bizi Twitterdə izləyin Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi
Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ
Ərdoğandan YENİ UKRAYNA PLANI: "Kəşfiyyat təşkilatımız onlarla əlaqə saxlayacaq"

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO