Rusiya ordusunun hesablamalarına görə, Ukrayna əks-hücum əməliyyatında iştirak etmək üçün 20 yeni ordu və Milli Qvardiya briqadası hazırlayıb
Oxu24.com xəbər verir ki,bununla da silahlı qüvvələrin ümumi gücünü 700 mindən 1 milyona çatdırıb.
Bu barədə Bloomberg Rusiya Müdafiə Nazirliyinə yaxın şəxsə istinadən yazıb..
Hələ aprelin əvvəlində Ukrayna əks-hücum üçün 8 diviziyadan ibarət 40 min hücum dəstəsinin döyüşçüsünü hazırladığını bildirmişdi. O vaxtdan bəri ölkə liderləri, xüsusən də Vladimir Zelenski qeyd etdi ki, onun daha çox Qərb silahlarına ehtiyacı var.
“Moskva hesab edir ki, Ukraynanın irəliləyiş əldə etmək üçün oktyabr ayına qədər vaxtı var və əsas zərbə ölkənin cənub-şərqində yerləşən Zaporojye bölgəsinə dəyəcək, cənuba doğru irəliləmək və nəhayət Krıma çatmaq cəhdi olacaq”, Bloomberg mənbəsi deyir. “Bundan əlavə, o, Kaxovskaya su elektrik stansiyasındakı partlayışdan bir qədər əvvəl demişdi ki, Moskva əsas əməliyyata dəstək üçün daha kiçik zərbələrin Dnepr vasitəsilə həyata keçiriləcəyini gözləyir”.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR