Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90440
az

İrəvandan Kremlə zərbə: ödənişlər bloklandı

14:1007 İyun, 2023
160
CƏMİYYƏT
  • A
Sanksiya riski ilə əlaqədar Ermənistan, Qazaxıstan və Honq Konq bankları Rusiyadan olan hüquqi şəxslər üçün server, mikrosxem, prosessor, telekommunikasiya avadanlıqları və digər elektronika məhsulları üçün ödənişləri bloklamağa başlayıb. Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. Məlumata görə, təchizatçılar elektronikanı digər əmtəə kodları ilə idxal etməyə çalışır, həmçinin alternativ ödəniş üsulları axtarırlar. Ekspertlərin fikrincə, dost ölkələrin ixrac nəzarətini gücləndirməsi altı ay ərzində Rusiyada bu məhsulların qıtlığına səbəb ola bilər. "Kommersant"ın elektronika bazarında olan mənbələri bildiriblər ki, son iki həftə ərzində Qazaxıstan, Ermənistan və Honq Konq bankları tərəfindən Rusiya hüquqi şəxslərindən ödənişlərin bloklanması halları ilə qarşılaşırlar. "Bu, ABŞ-ın Rusiya ilə əməkdaşlıq edən bankları təhdid edən 10-cu sanksiyalar paketinin tətbiqi ilə bağlıdır", - mənbə bildirib. Bildirilib ki, nəticədə rus şirkətləri kompüter, serverlər, məlumatların saxlanılması sistemləri və digər texnikaların istehsalı üçün vacib olan komponentləri alternativ ticarət kodları altında gətirməyə çalışırlar. Rusiya hökumətinə yaxın olan digər mənbə nəşrə açıqlamasında deyib ki, ödənişlərin bloklanması yeni nəsil telekommunikasiya avadanlıqlarının, eləcə də məlumatların saxlanılması sistemləri və serverlərin tədarükünə təsir göstərir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
Seysmoloji Xidmət zəlzələ ilə bağlı əhaliyə müraciət etdi
Elçilikdə "yox" cavabı aldığı qızı və anasını MAŞINLA VURDU

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə!- Sənəd qəbulu dayandırılır
Ödəmə terminalından oğurluq edən    şəxs    tutuldu