Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90434
az

Azərbaycan imkanlarını artırır - Ərzaq təhlükəsizliyi prioritet məsələdir

12:5207 İyun, 2023
647
İQTİSADİYYAT
  • A
İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı bölgədə müxtəlif istiqamətlərdə layihələrin də icrası tam sürətlə davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, həyata keçirdiyi layihələr düşmən tapdağından azad edilən regionlarımıza həyatın yenidən qayıtması, həmin ərazilərin canlanması baxımından olduqca önəmlidir. Bu gün dünyada ərzaq təhlükəsizliyi ən önəmli hadisə kimi demək olart ki, bütün dövlətlərin qarşısında dayanan milli təhlükəsizlik məsələsi səviyyəsinə qalxıb. Demək olar ki, bu gün ərzaq enerji təhlükəsziliyi qədər vacib bir istiqamətdir. Dünyanın bu gün ərzaq və enerji təhlükəsizliyi ilə bağlı çətin günlər yaşadığı bir vaxtda Azərbaycan daha təhlükəsiz görünür. Hazırda Azərbaycanın qitənin böyük bir hissəsinin əsas enerji paylayıcısı və təminatçısı funksiyasını yerinə yetirməsi deməyə əsas verir ki, hazırda rəsmi Bakı nəyinki regional, eləcə də qlobal sferada önəmli aktorlardan birinə çevrilir. Xüsusilə də Qarabağın işğaldan azad edilmsindən sonra Azərbaycanın qarşısənda açıqlan yeni imkanlar bizə şərait yaradır ki, bu istiqamətdəki peresperktivlərimizi daha da artıraq, daha qənaətcil enerji resururslarından istifadə etmək yönündə layihələrin icrasına başlayaq. Bu gün qeyd edilən bu məsələlər istiqamətində Prezident İlham Əliyev çox önəmli layihələrin icrasında hər zaman olduğu kimi ön plandadır. Amma dövlət başçısı eyni zamanda müasir dövrdə ərzaq təhlükəsizliyinin bütün ölkələr, o cümlədən Azərbaycan üçün də prioritet məsələ olduğunu qeyd edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində də önəmli layihələrin həyata keçirilməsi göstərişlərini verib. Prezident İlham Əliyev yerli kənd təsərrüfatı istehsalının və ixracatın əhəmiyyətli dərəcədə arması üçün bir çox yeni aqro müəssisələrin fəaliyyətə başlamasına töhvə verməklə idxaldan asılılığın maksimum dərəcədə azaldılması istiqamətində işlərin həyata keçirilməsini hazırda Azərbaycan üçün əsas prioritetlərdən biri hesab etdiyi göstərir. Bununla da dövlət başçısı iqtisadi asılılığı, ərzaq təhlükəsziliyini öncədən həyata keçirdiyi bu layihələrlə qarşılamaqla Azərbaycanı bu cür təhdidlərdən də qorumağa çalışdığını göstərir. Nəzərə alsaq ki, bu gün dünyada əsas bahalaşmalar məhz taxıl -dənli bitkilərdə, pamıq məhsullarında özünü göstərir. Qısa zamanda işğaldan azad edilən ərazilərdə taxıa sahələrinin salınması, bu istiqamətdə məhsul istehsalının sürətlə artırılmasının hansı məqsədlə həyata keçirildiyi anlaşılandır. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Ads by 5 Reklamınızı SmartBee ilə effektiv edin. Bu cür strateji məhsulların Azərbaycanda istehsalının artırılması iqtisadi infilyasiyanın önlənməsi, ölkədə bahalaşmanın və qıtlığın qarşısının alınması məqsədi daşıyır. Bu da ölkə əhalisinin yaşayışı üçün iqtisadi imkanlarının əl verməsi, infilyasiyanı hiss etməməsi məqsədi ilə zamanında düşünülmüş qərardır. Erməni işğalından azad edilmiş ərazilərdə dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanılması və artıq müəyyən nəticələrin əldə edilməsi Azərbaycanın bu istiqamətdə çox səylə çalışdığına işarədir. Məhz bu iqtiqamətdə İsrailin kənd təsərrüfatı sahəsindəki təcrübəsindən də faydalanmaq barədə düşünən və artıq iki ölkə arasında müxtəlif sənədlərin imzalanması ilə öz məqsədlərini açıq və doğru şəkildə müəyyənləşdirən Azərbaycanın yaxın gələcəkdə ərzaq təhlükəsizliyi məsələsində də qlobal aktor kimi sözünü deyəcəyi istisna edilmir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamları deməyə əsas verir ki, Ermənistanın işğalından azad edilən ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər bundan sonra da həyata keçiriləcəkdir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaq ki, bununla Azərbaycan həm regionalı təhlükəsziliuyə mühüm töhvə verməkdə davam etmək niyyətini açıq oryaya qoymuş olur, həm də işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirməklə ora həyatın da qısa zamanda qayətmasını təmin etmək məqsədinə hesablanıb. Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərin genişləndirilməsi, layihələrin daha geniş aspektdə icrası yaxın gələcəkdə bölgənin böyük ərzaq təminatçısı rolunu oynayacağı ümidlərini artırır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib