CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə Rəisinə namizəd olan Əkrəm İmamoğluna "sənə səs yoxdur" deyərək Türkiyənin gündəminə düşən Məhruzə adlı qadın Ərdoğanla telefonla danışıb.
Oxu24.com xəbər verir ki, qeyd olunan dialoqla Türkiyədə məşhurlaşan Məhruzə xanıma gözlənilmədən prezident Ərdoğandan zəng gəlib. Ərdoğan ona "Sən Türkiyəni aölatdın", deyərək İstanbula gələndə onunla görüşəcəyinə söz verib.
Xatırladaq ki,60 yaşlı Məhruzə Keleş bazarda alış-veriş edərkən ona səs verməsini istəyən CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə Rəisinə namizəd olan Əkrəm İmamoğluna söylədiyi kəskin cavabları ilə məşhurlaşıb.
Oxu24.com
ŞƏRHLƏR