Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90407
az

Finlandiya 9 rus diplomatını ölkədən qovdu

23:3606 İyun, 2023
108
DÜNYA
  • A

Finlandiya hökuməti Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 nəfəri və kəşfiyyat işçilərini deportasiya etmək qərarına gəlib.

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki,hökumətdən verilən yazılı açıqlamada Finlandiya Prezidenti Sauli Niinistö ilə Nazirlər Şurasının mövcud hadisələri müzakirə etmək üçün bir araya gəldiyi bildirilib.

Rusiya-Ukrayna müharibəsi və Avropadakı mövcud təhlükəsizlik vəziyyətinin müzakirə edildiyi bildirilən bəyanatda aşağıdakılar qeyd olunub:

"Prezident və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Nazirlər Komitəsi Rusiyanın Ukraynaya müdaxiləsini və Avropada mövcud təhlükəsizlik vəziyyətini də müzakirə ediblər. Prezident və Nazirlər Şurası Kahovka bəndinin dağılmasını humanitar və ekoloji fəlakət kimi pisləyir. Həm də müharibənin yeni formada inkişaf edərək mülki əhaliyə və ətraf mühitə geniş ziyan vurması deməkdir.

Həmçinin Finlandiyanın Moskvadakı səfirliyində çalışan doqquz kəşfiyyat əməkdaşının deportasiyası barədə razılıq əldə edilib.Onların hərəkətləri “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını” pozur. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandıracaq”.

Finlandiya Xarici İşlər Nazirliyi də Twitter hesabında "Finlandiya Xarici İşlər Nazirliyi bu gün Rusiyanın müvəqqəti işlər vəkilinə zəng edərək, Rusiyanın Helsinkidəki səfirliyində çalışan və kəşfiyyat işçisi olduğu təsbit edilən 9 nəfərin deportasiya edildiyini bildirdi."

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əraqçi Tehranın mesajını Bəşər Əsədə çatdırdı
Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Qərbin Tbilisi planı: "rəngli inqilab", manipulyasiya, yalan

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin