Kolumbiyanın cinayətləri ilə məşhur olan Medellin şəhərində mini ətəkli 3 qadın ingilis turistə hücum edərək onun mobil telefonunu qarət edib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, ətrafdakıların çağırdığı polis hücum edənləri yaxalayıb və ingilis turistin telefonu geri qaytarılıb.
2023-cü ilin birinci rübündə Medellində turistlərdən 230 soyğunçuluq şikayəti daxil olub.
Bu rəqəm ötən ilin eyni dövründə edilən bildirişlərlə müqayisədə xeyli artıb.
Tərcümə: Nigar Oqtayqızı
Oxu24.com
ŞƏRHLƏR