Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90394
az

Fransada mitiq: 14 nəfər həbs edildi

22:1306 İyun, 2023
140
DÜNYA
  • A

Fransada pensiya islahatlarına etiraz edən 14 nəfər saxlanılıb

Oxu24.com xarici mediaya istinadən xəbər verir  ki,həmkarlar ittifaqlarının çağırışı ilə təhsil, enerji və nəqliyyat kimi müxtəlif sektorlar tətilə gedərkən, digər şəhərlərdə olduğu kimi Parisdə də pensiya islahatına qarşı nümayişlər təşkil olunur.

Parisdəki nümayiş əlillər meydanında müxalifət siyasətçilərinin iştirakı ilə başlayıb.

Paris Polis İdarəsinin Twitter hesabından edilən açıqlamaya görə, paytaxtda nümayişdən əvvəl 2700 yoxlama çərçivəsində 14 nəfər saxlanılıb.

"Silah və təhlükəli yüklərin dinc nümayişdə yeri yoxdur", - bəyanatda deyilir. 

Nant şəhərində etirazçılarla polis arasında gərginlik  yaşanıb.

Fransa mətbuatında yer alan xəbərlərə görə, islahat əleyhdarları bu gün səhər saatlarında Parisdə 2024-cü il Paris Olimpiya Oyunlarının mərkəzi binasına daxil olaraq nümayiş keçiriblər. Nümayişçilər “Pensiya yoxdur, Olimpiya Oyunları yoxdur” şüarları səsləndiriblər.

Medianın elektrik enerjisi kəsilib

Pensiya islahatına cavab olaraq, Ümumi Məşğulluq İttifaqının (CGT) enerji qolu səhər saatlarında müxtəlif şirkətlərin, eləcə də Canal+, Eurosport, RFI radio kimi KİV-lərin elektrik enerjisini kəsib. Hauts-de-Seine əyalətinin bir çox şəhəri elektrik enerjisinin kəsilməsindən zərər çəkib.

Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermədən qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.

Polis etirazçılara sərt cavab verib və ölkənin bir çox yerlərində zorakılıq hadisələri baş verib.

Martın 16-dan bəri ölkə daxilində keçirilən etiraz aksiyalarında 1000-dən çox insan saxlanılıb.

İslahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini bəyənib, 6 maddəni isə tam və ya qismən rədd edib.

Kütləvi etirazlara və gərgin müxalifətə baxmayaraq qəbul edilən qanunun geri götürülməsinə dair qanun layihəsi iyunun 8-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Qazprom” Ukrayna vasitəsilə Avropaya qaz tədarükünü artırıb
Xalqdan üzr istəyib istefa verdi
Rusiyada hərbi komissar təlim zamanı     həlak      oldu

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Bu vəzifəli şəxslər    həbs    edildi