Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90392
az

Vəfat etmiş şəxsin pensiyasını bu halda yoldaşı ala bilər - AÇIQLAMA

22:0406 İyun, 2023
1017
HÜQUQ
  • A

Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə aldıqları pensiya ilə bağlı bəzi məqamları bilmirlər. Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə ailə başçısını itirmiş şəxs onun pensiyasını almaq hüququna malikdirmi? Ümumiyyətlə, dünyasını dəyişmiş ailə başçısının pensiyasını kimlər ala bilər?

Oxu24.com  xəbər verir ki, bu barədə hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında bildirib ki, övladları 18 yaşına çatmamış şəxslər, eyni zamanda ər və ya qadın öz həyat yoldaşını itirdiyinə görə onun pensiyasını almaq hüququ var:
“Təəssüflər olsun ki, bəzi hallarda, xüsusilə bölgələrdə insanların bu sahədə savadsız və ya məlumatsız olması onları qanunla bağlı bir sıra məsələlərdən xəbərsiz qoyur. Yoldaşı vəfat şəxs istər qadın olsun, istərsə də kişi, əgər arvad özü də pensiya alırsa, həmin şəxs vəfat etmiş ərinin pensiyasının ala bilər. Bu eyni zamanda kişi üçün də keçərlidir. Ər də vəfat etmiş arvadının pensiyasını ala bilər. Lakin burada bir nüans mövcuddur. Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər. Yəni məsəl üçün kişinin pensiyası 600 manat idi, arvadın pensiyası isə 400 manatdır və kişi düyasını dəyişdi. Bu zaman qadın Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək dünyasını dəyişmiş həyat yoldaşının pensiyasını özü ala bilər, lakin bu zaman öz aldığı pensiyadan imtina etməli olacaq”.

Hüquqşünas bildirib ki, 18 yaşına çatamamış, yəni himayədə olan uşaqlar da vəfat edən öz ata və ya analarının pensiyasını ala bilərlər. Onun sözlərinə görə, 18 yaşına çatmamış, 18 yaşına çatanadək olan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda ilk dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir
Aliment borcu bu hallarda    silinə     bilər
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar