Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90371
az

Şəhər suyun altında qaldı — DƏHŞƏTLİ VİDEO

17:5306 İyun, 2023
819
OXU24 TV
  • A

Ukrayna Rusiyanın nəzarətində olan Xerson yaxınlığındakı bəndin Rusiya qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Oxu24.com xəbər  verir  ki, Rusiya hakimiyyət orqanları hücumun terror aktı olduğunu bəyan edərək, ittihamları rədd edib. 

Təxliyyələrin başlanmasından sonra 5 saat ərzində bölgədə suyun səviyyəsinin kritik həddə çatacağı ilə bağlı xəbərdarlıq edilib.

Rusiya dövlət xəbər agentliyi bəndin ciddi şəkildə zədələndiyini və su altında qaldığını açıqlayıb.

Nova Hakovkada ən azı 600 evi su basıb.

Bildirilib ki, hazırda Zaporojya AES-də heç bir risk yoxdur.

Rusiya rəsmiləri bildiriblər ki, Nova Kaxovka bəndinin dağılması səbəbindən Şimali Krım kanalının quruması təhlükəsi yoxdur.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çərşənbə axşamı Tvitter hesabında bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Nova Kaxova bəndində baş verən partlayışla bağlı təcili iclas keçirəcək.

Rusiyanın Kaxovka bəndini dağıtması təsdiq edir ki, Moskva qüvvələri bütün Ukraynadan “qovulmalıdır”, - Zelenski Telegram mesajlaşma proqramında deyib.

"Onlara bir metr belə qalmamalıdır, çünki onlar hər bir metrdən terror üçün istifadə edirlər", - Zelenski bildirib. 

Ukrayna Prezident Administrasiyasının rəhbəri çərşənbə axşamı bildirib ki, Rusiyanın Ukraynanın cənubundakı Nova Kaxovka bəndini dağıdması "ekoloji qırğındır", lakin milli və regional hakimiyyət orqanları yerli sakinlərin təhlükəsizliyini təmin etməyə çalışır.

Andriy Yermak Telegram-da yazıb ki, Rusiyanın hərəkətləri yaxınlıqdakı Zaporojjya atom elektrik stansiyası üçün də təhlükə yaradır.

 

 

Tərcümə: Miri Məcidli


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Bakıda oğurladığı pulla plastik əməliyyat etdirən qız tutuldu - Şok detallar
Canlı yayımda qıza hücum etdi - VİDEO