Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90362
az

Qopub tökülən “AMAY” ticarət mərkəzinin binası ilə bağlı - Rəsmi açıqlama

16:5806 İyun, 2023
208
CƏMİYYƏT
  • A
Bu gün Bakının Xətai rayonunda yerləşən “AMAY” ticarət mərkəzinin binasından küçədən keçən vətəndaşın və avtomobilin üzərinə daş parçası düşüb. Nəticədə vətəndaş çiynindən xəsarət alıb və avtomobilə ziyan dəyib. Oxu24.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer İlkin Babayev məlumat verib. O qeyd edib ki, “AMAY” ticarət mərkəzinin yerləşdiyi bina potensial ölüm mənbəyidir: “Bina günü-gündən, baxımsızlıqdan sözün əsl mənasında dağılır. Bu gün gözümüzün önündə, şəkildə işarələnən yerdən daş düşərək, altdan keçən adamın çiynini və bir maşını əzdi. Həmin şəxsi ölümdən bir neçə saniyə ayırdı. Hörmətli müvafiq qurumlar, nə qədər ölüm-itim olmayıb, xahiş edirəm, nələrsə edin!” Problemlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, artıq əraziyə baxış keçirilib: “Qeyd olunan obyektə FHN-in mütəxəssisləri tərəfindən baxış keçirilib. Müəyyən olunub ki, binanın divarına vurulan üzlük aqlay daşları qoparaq piyadaların yoluna tökülür. Faktla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb”. Qeyd edək ki, “AMAY” ticarət mərkəzində eyni zamanda vətəndaşların mütamadi olaraq müraciət etdikləri 2 saylı ASAN xidmət və ABB-nin də filialı yerləşir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Masazırda uçqun: Ölən və yaralılar var
Baş nazir qərar İMZALADI
İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu