Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90359
az

Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"

16:0906 İyun, 2023
231
ŞOU-BİZNES
  • A
Bu gün prodüser Təranə Səmədovanın növbəti məhkəməsi olacaq. Oxu24.comxəbər verir ki, bu haqda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, qızı Suel məhkəməyə getməkdən imtina edib: "Qanuni nümayəndə kimi iştirak etməliyəm. Böyük qızı ümumiyyətlə məhkəməyə gəlməkdən imtina edir, balaca isə çox kiçikdir. Dünən özü ilə danışanda balacanın körpələr evinə gedəcəyini bildirdim". K.Ağazadə əlavə edib ki, Suelin anası ilə münasibətləri yaxşı deyil: Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. "Böyük qızın anası ilə münasibətinin düzələcəyini düşünmürəm. Çox təəssüf... Amma kaş ki, son şans verilə və cəzasını evdə çəkə. Balaca qızının ona çox ehtiyacı var". Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb. İstintaqın gedişatı zamanı prodüserin də cinayət işi üzrə əməlləri ortaya çıxıb və istintaqa cəlb olunub. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı