Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90354
az

“Neftçi”nin məşqçisi 10 oyunluq cəzalandırılıb

14:5806 İyun, 2023
477
İDMAN
  • A

AFFA Gənclər Liqasında çıxış edən “Neftçi”nin məşqçisi Elmir Hüseynov AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq sanksiya ilə üzləşib.

Oxu24.com xəbər verir ki, buna səbəb mütəxəssisin “Qəbələ” ilə görüşün sonlarında texniki zonada dördüncü hakimə fiziki təzyiq göstərməsi olub.

E.Hüseynov bu hərəkətinə görə, 5-i şərti olmaqla 10 oyunluq cəzalandırılıb. Ona 6 ay sınaq müddəti təyin edilib.

“Neftçi”nin futbolçusu Fərid Səfərli isə eyni turnirdə “Səbail”lə matçın sonlarında rəqibi əllə vurduğundan, 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bundan başqa, İCBFA-nın futbolçusu Nihad Mahmudzadə və “Kəpəz”in oyunçusu Elşən Mirzəyev “Zirə” ilə qarşılaşmalarda, “Səbail”in üzvü Ayxan Bədizadə isə “Neftçi” ilə görüşdə qırmızı vərəqə aldıqları üçün 1 tur buraxmalı olacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu olub
Azərbaycan – Slovakiya matçının yeri dəqiqləşdi
Türkiyəli idmançılar ilkə imza atdılar

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı