Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90344
az

Hamilə qadın diş çəkdirə bilərmi?

14:1006 İyun, 2023
755
TİBB
  • A
Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərinə daha diqqətli qulluq etməli və vaxtında müayinələrə getməlidir. Amerika Stomatoloji Assosiasiyasının məlumatına görə, hamiləlik zamanı qadınlar ehtiyac olduqda dişlərini çəkdirə bilərlər. Bir qadının hamiləlik dövründə diş çəkdirə bilməz fikri yanlışdır. The New York Times-ın verdiyi məlumata əsasən, hamiləlik dövründə dişin çıxarılmasının və ya digər oral terapiyanın təhlükəsiz olduğuna dair sübutlar var. Milli Ana və Uşaq Ağız Sağlamlığı Resursu Hamiləlik dövründə Ağız Sağlamlığına dair Milli Konsensus Bəyanatında da bu fikri ifadə edib. Açıqlamada hamiləlik dövründə yerli anesteziya, ağrıkəsici dərmanlar və rentgen şüalarının təhlükəsiz olduğu qeyd edilib. Doğulmamış körpələrin lokal anesteziyadan necə təsirləndiyini göstərmək üçün Amerika Diş Həkimləri Assosiasiyasının jurnalı birinci trimestrdə lokal anesteziyaya məruz qalmış 210 hamilə qadını və bunu heç etdirməmiş 794 hamilə qadını araşdırıb. Tədqiqatın nəticələri göstərib ki, bu qadınların hamiləliyi və doğulan körpələr arasında ciddi fərq yoxdur. Bütün doğulan körpələrin doğum çəkisi və ya doğum günündə fərqlər aşkar edilməyib. Amma mütəxəssislərin fikrincə, hamiləlik dövründə dişlərin çəkilməsinin zamanı çox önəmlidir. Amerika Hamiləlik Assosiasiyası əsas diş prosedurlarının 3-6 ay arasında aparılmasını və vacib olmayan diş prosedurlarının doğuşdan sonrakı dövrə qədər təxirə salınmasını tövsiyə edir. Əgər həqiqətən təcili tədbirlərə ehtiyacınız varsa və diş ən qısa zamanda çəkilməlidirsə, hansı ay olmasının əhəmiyyəti yoxdur. İltihablı və ya ciddi zədələnmiş dişi mümkün qədər tez çəkdirmək həm sizin, həm də körpəniz üçün daha faydalı hesab edilir. Saglamolun.Az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Bu xəstəxanalar pulsuz oldu
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi