Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90342
az

SON DƏQİQƏ! Xalid Rəhimov həbs olunub

13:1106 İyun, 2023
386
CƏMİYYƏT
  • A

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.

Bu barədə “Report” məlumat yayıb

Bildirilir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimovun idarə etdiyi avtomobil yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Onun içkili olduğu şübhəsi yarandığı üçün müvafiq müayinədən keçirilməli olduğu qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis şöbəsinə aparılıb.

Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məsələ ilə bağlı "Report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı cinayət işi başlanılıb və cinayət işinin istintaqının davam etdirilməsindən ötrü toplanmış material aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilərdə qaz olmayacaq
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Əlilliyi olan şəxslərin hansı hüquq və imtiyazları var? - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü